• Bakı 22° C

    4.88 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

56 yaşlı müğənninin 1 həftəlik ömrü qaldı

MƏDƏNİYYƏT

04 Sentyabr 2023 | 19:12 | Müəllif: Subhan Mahmudov

56 yaşlı müğənninin 1 həftəlik ömrü qaldı

56 yaşlı amerikalı musiqiçi, "Smash Mouth" qrupunun keçmiş solisti və qurucularından biri Stiven Harvelin ciddi xəstəlik səbəbiylə bir həftəyə yaxın ömrü qalıb.

Bakıvaxtı.az xəbər verir ki, sənətçi qaraciyər çatışmazlığı ilə bağlı xəstəliyin son mərhələsindədir. 

O, bir neçə gün öncə xəstəxanadan evə buraxılıb.  Yaxın dostları və qohumları sənətçi ilə vidalaşmaq üçün onu ziyarət edirlər. 

Qeyd edək ki, 10 il əvvəl Harvelə ürəyin qanı pompalaya bilmədiyi bir xəstəlik olan kardiomiopatiya diaqnozu qoyulub. Xəstəliyə görə onda ürək çatışmazlığı, eləcə də ifaçının yaddaşına və nitqinə mənfi təsir göstərən Vernik ensefalopatiyası yaranıb. 

Musiqiçinin uzun müddət alkoqol asılılığı ilə mübarizə apardığı məlum olub. 2021-ci ildə sənətçi qrupdan ayrılmaq qərarına gəlib./olay


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026