• Bakı 14° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

“Nə əcəb “evlən” demirsiniz?” - Talıb Tale

MƏDƏNİYYƏT

03 Oktyabr 2023 | 10:27

“Nə əcəb “evlən” demirsiniz?” - Talıb Tale

Müğənni Talıb Tale şəxsi həyatı ilə bağlı açıqlaması ilə diqqət çəkib.

Bakıvaxtı.az xəbər verir ki, Talıb Tale evlilikdən söz açıb. Müğənni 42 yaşı olmasına baxmayaraq, hələ də ailə həyatı qurmadığını deyib: "Daha nə qədər evlən desinlər? Əvvəl o qədər deyirdilər ki... İndi daha demirlər. Arada özüm deyirəm, nə əcəb daha evlən-evlən demirsiz?" (Gülür)

Onun sözlərinə görə, bəzən, yolda tanımadığı insanlar qarşısını kəsərək “ay bala, nə olar ki, evlən" deyirlər: “Nənələr öz övladları kimi görürlər. Deyirəm yaxşı, evlənəcəm".

Qeyd edək ki, dinləyiciləri və sosial şəbəkə izləyiciləri Talıb Talenı duet ortağı Zeynəb Həsəni ilə yaraşdırırlar. Lakin cütlük dost olduqlarını, evlənmək haqqında düşünmədiklərini açıqlayıblar.

Xəyalə Rza


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026