• Bakı 20° C

    2.94 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Məşhur aktrisaya bəraət verildi

MƏDƏNİYYƏT

31 Oktyabr 2023 | 14:27 | Müəllif: Qalib İbrahimoğlu

Məşhur aktrisaya bəraət verildi

Məşhur aktrisa Hazal Kayanın məhkəmə prosesi yekunlaşıb.

Bakıvaxtı.az-ın Türkiyə mətbuatına istinadla məlumatına görə, aktrisanın vəkili Hande Kuday Hazal Kayaya bəraət verildiyini açıqlayıb.

Xatırladaq ki, aktrisa Hazal Kaya Batmanda həyatına son qoyan 18 yaşlı İpək Ərə cinsi təcavüzdə günahlandırılan mütəxəssis Musa Orxanı təhqir etdiyi üçün cərimələnən Ezgi Molaya dəstək verdiyi üçün məhkəməyə verilib. Musa Orxanı "təhqir etmək"də təqsirləndirilən Kayaya qarşı 2 il 4 aya qədər həbs cəzası tələb edilirdi.

Vəkil Hande Kuday sosial media hesabında qeyd edib ki, Ankara 9-cu Asliye Cəza Məhkəməsi Kayaya “cəza verilməsinə ehtiyac yoxdur” qərarı verib.

Kaya vəkilinin açıqlamalarını öz hesabına paylaşaraq, "Çox xoşbəxtəm. Ümid edirəm ki, bu qərar presedent olacaq" sözlərini yazıb.

Nərgiz Məmmədli


Məşhur aktrisaya bəraət verildi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026