Tanınmış müğənni Ajda Pekkan məşhur “Kızılcık şerbeti” serialında yer alacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, müğənni serialda özünü canlandıracaq.
A.Pekkanın çəkildiyi 45-ci bölümün dekabrın 29-da yayımlanacağı gözlənilir.
Qeyd edək ki, müğənninin ötən aylarda baş tutan konsertində serialın aktyorları Doğukan Güngör və Sibel Taşmıoğlu da iştirak etmişdi. Səhnədən onları görən müğənni “Kızılcık şerbeti” serialını bəyəndiyini söyləmişdi.