“Rəngarəng səhər” verilişində qonaq olan məşhurlar arasında gərginlik yaşanıb.
Bakıvaxtı.az xəbər verir ki, proqramda qonaq qismində çıxış edən müğənni Aynur Dadaşova rejissor Kənan MM-ə (Mahmudov - red.) görə studiyanı tərk edib.
Müğənni verilişə geri dönmək istəyəndə isə Kənan “Mən olsam qayıtmaram, getmək bir az ağır olmalıdır” deyərək Aynura söz atıb.
Dadaşovasa proqrama qayıdıb və mahnısını ifa edib. Müğənni Kənana cavab verməkdən də çəkinməyib: “Kənan deyir ki, mən olsam qayıtmazdım. Heç sən mən ola bilməzsən də, ən azından mən xanımam”.
Ziyafət Əlisoy