“Mən sənətə gəldiyim gündən 90%-i mənimlə düşməndir. Qardaş, rahatlayın da. Mən gəldim deyə, mən oldum deyə, mən parladım deyə kiminsə işığı sönmədi”.
Bakıvaxtı.azxəbər verir ki, bu sözləri müğənni Ayaz Babayev “MTV Xəbər”ə müsahibəsində deyib.
Ayaz Babayev ad çəkmədən həmkarı Elvin Babazadəyə söz atıb: “Altın kelebeyi” almağımdan bir il ötüb. O mükafatın çəkisi 5 kiloqram civarındadır, amma 5 ton olub düşdü onların başına. İndiyə kimi aldığım ödülü müzakirə edirlər. Üz-üzə gəldiyimizdə “ulduz”, “qardaş” deyə müraciət edirlər. Öz xaraktersizliklərini göstərirlər”.
Qeyd edək ki, bir müddətdir Ayaz Babayev və Elvin Babazadə arasında soyuq küləklər əsir. Onlar münasibətlərinin pozulması ilə bağlı açıqlama verməsələr də, əldə etdiyimiz məlumatlara görə, müğənnilər küsülüdürlər.
Babək İdrisov
















