• Bakı 25° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

"Qızım üçün yaşayan bir ölüyəm..."- Aktrisanın ərindən kövrək paylaşım

MƏDƏNİYYƏT

02 Oktyabr 2023 | 13:12

Qızım üçün yaşayan bir ölüyəm...- Aktrisanın ərindən kövrək paylaşım

Əməkdar artist Tünzalə Əlieyevanın həyat yoldaşı Röyal sosial şəbəkədə paylaşımı ilə izləyicilərini kövrəldib.

Bakıvaxtı.az xəbər verir ki, Röyal Tünzalə Əlieyeva ilə münasibətindən və qızından yazıb.

"Qapqara gözləri var idi nur uzlu yoldaşımın. O gözəl gözlərini məndən heç çəkmirdi. Bəzən mənə sual verirdi ki, mən səni bezdirmirəm? Məndən razısan? Respublikanin Əməkdar artisti, həyatda müəyyən yerə gəlib, özünə yer tutmuş, hər kəsin sevimlisi olan bu nur uzlu xanım mənə sual verirdi ki, məndən razısan? Mən səndən çox razıyam, Allah da səndən razı olsun deyirdim",-deyə bildirib.

O əlavə edib ki, qızı Zəhra anasına çox bənzəyir.

"Bu gün yanımda daha bir balaca Tünzalə var. Hər keçən gün daha da bənzəyir o gül qoxulu anasına. Şükür olsun Allahıma! Bu gün mən sadəcə qızım üçün yaşayan bir ölüyəm, təyin olunmuş vaxta qədər səbr",- deyə Röyal qeyd edib.

Qeyd edək ki, Tünzalə Əliyeva 22 yanvar 2023-cü ildə xərçəng xəstəliyindən vəfat edib.

Xəyalə Rza ​​​​​​​


SON XƏBƏRLƏR

07 Sentyabr 2024