"Kim deyir ki, anamla-atamla problemim olmur, mənə elə gəlir, yalan danışır. Nadir hallarda istisnalar ola bilər".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Pərvanə Tahirqızı aparıcısı olduğu "Elgizlə izlə" verilişində səsləndirib. O, anası ilə arasında olan söz-söhbətdən söz açıb.
"Biz həmişə anamla geyim üstündə mübahisə edirik. Mənə deyir ki, bəsdir geyim aldın. Get əvəzinə özünə cehiz, qab-qacaq al. Mən də deyirəm ki, aldım, yığdım. Sonra birdən məni alan olmadı qalacaq orda. Mən anamı fikrindən döndərə bilmirəm ki, "Madonna" dəbdən düşüb. Anamın fikrində "Madonna" hələ də dəbdədir. Neynirəm o cehizi",-deyə aparıcı qeyd edib.
Xəyalə Rza
















