• Bakı 12° C

    9.93 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Dilan Polatın vəkili də saxlanıldı

MƏDƏNİYYƏT

02 Noyabr 2023 | 19:48 | Müəllif: Subhan Mahmudov

Dilan Polatın vəkili də saxlanıldı

Türkiyəli fenomenlər Engin Polat və həyat yoldaşı Dilan Polatın vəkili Haydar Enes Çetinkaya da saxlanılıb.

Bakıvaxtı.az Türkiyə mediasına istinadən xəbər verir ki, Çetinkaya bir ay əvvəl canlı yayımda çıxış edərək Polat ailəsini müdafiə etmişdi.

Cinayət törətmək məqsədi ilə qruplaşma yaratmaq, çirkli pulların yuyulması və vergi qanunlarının pozulması cinayətləri üzrə barələrində həbs qərarı çıxarılan Dilan-Engin Polat cütlüyünə qarşı keçirilən əməliyyatda 17 nəfər şübhəli də saxlanılıb. Vəkilin də həmin şübhəlilər arasında olduğu öyrənilib.

Əməliyyat zamanı saxlanılanlar arasında Engin Polatın nənəsi Zəhra Yılmaz da olub. Lakin Yılmazın polis bölməsində ifadəsi alındıqdan sonra prokurorluğun qərarı ilə səhhətində yaranan problemə görə sərbəst buraxılıb. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026