Türkiyənin məşhur aktyoru Çağatay Ulusoyu görənlər tanıya bilməyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə aparıcı Oğuzhan Uğur paylaşım edib. Belə ki, aktyorla fotoşəkilini instqram hesabında paylaşan Uğur gözlənilməz cavablar alıb.
"Xanımlar, şəkildə mən də varam. Birdən görməzsiniz deyə deyirəm" yazan aparıcıya izləyiciləri "Yanındakı kimdir?", "Çox kilo alıb Çağatay. Tanıya bilmədim", "Səni tanıdıq, amma yanındakı kimdir?" tipli şərhlər yazıblar.
Qeyd edək ki, Ç.Ulusoy ən son filmlərinin qala gecəsinə qatılarkən, geyim tərzi ilə gündəmə gəlmişdi.
Xəyalə Rza










jpg-1696396374.webp)






