• Bakı 8° C

    11.02 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bu yay məşhurlar haradadır? - FOTOLAR

MƏDƏNİYYƏT

04 Avqust 2023 | 15:49

Bu yay məşhurlar haradadır? - FOTOLAR

İsti yay günləri davam edir. İnsanlar şəhərin səs-küyündən dağlara-bağlara çəkilir. Bəs məşhurlar tətili harada keçirirlər? 

Bakıvaxtı.az xəbər verir ki, bizim incəsənət nümayəndələrindən kimi qonşu dövlətlərə, kimi Avropa ölkələrinə, kimi də öz diyarımızda tətil etməyi qərar alıb. Onlar öz istirahətlərindən maraqlı görüntüləri sosial şəbəkədə paylaşıblar.

Gəlin görək kim kimlə haradadır?

Müğənni Şəbnəm Tovuzlu istirahət üçün Türkiyəyə yollanıb. O, hal-hazırda oğlu Əli ilə Bodrumda istirahət edir.

Aparıcı-prodüsser Tarix Əliyev (Tolik) üz tutub dünyanın ən böyük şəhərlərindən biri olan New Yorka. Getdiyi şəhərdən maraqlı görüntülər paylaşan Tolik ötən gün göydələndən fotoşəkillər yayımlayıb.

Müğənni Sevda Yəhyayeva həkim həyat yoldaşı Zakir Bayramovla sevgi şəhəri - Parisə yollanıb. Onlar Fransa sərgüzəştlərini instaqram hesablarında paylaşırlar.

Müğənni Kərim Abbasov ailəsi ilə birlikdə Misirə gedib. Sənətçi oğlu ilə çimərlikdən maraqlı görüntülərini izləyiciləri ilə bölüşüb.

Aparıcılar Zaur və Günay Başəliyevlər qızları Dilavərlə birlikdə Avstriaynın paytaxtı Vyana şəhərinə səfər ediblər. Hətta cülük qızlarının doğum gününü də orada qeyd ediblər.

Müğənni Ayan Babakişiyeva qızı Selena ilə birlikdə üz tutub Antalya şəhərinə. Yaxın günlərdə restoranda meyvə seti sifariş verən müğənni qızının saçı yanan görüntüləri paylaşmışdı.

Aparıcı Zaur Kamal da sosial şəbəkədə yay fotolarını yayımlayıb. O, qonşu dövlət Gürcüstanın Bolnisi regionunda istirahət edir.

Müğənni Nadir Qafarzadə tətil üçün öz ölkəmizi seçib. Sənətçi son postunu Qubadan paylaşıb.

Xəyalə Rza

 


Bu yay məşhurlar haradadır? - FOTOLARBu yay məşhurlar haradadır? - FOTOLARBu yay məşhurlar haradadır? - FOTOLARBu yay məşhurlar haradadır? - FOTOLARBu yay məşhurlar haradadır? - FOTOLARBu yay məşhurlar haradadır? - FOTOLARBu yay məşhurlar haradadır? - FOTOLARBu yay məşhurlar haradadır? - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR