• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

"Həyatdakı ən böyük itkilərimdən oldu" - Fatimə

MƏDƏNİYYƏT

02 Sentyabr 2023 | 12:48

"Həyatdakı ən böyük itkilərimdən oldu" - Fatimə

Rəqqasə Fatimə Fətəliyeva ötən gün dünyasını dəyişən Əməkdar artist, rəqqasə Aliyə Ramazanova ilə bağlı paylaşım edib. 

Bakıvaxtı.az xəbər verir ki, sənətçi A.Ramazanovanın onun rəqs müəllimi olduğunu bildirib:

"Niyə həyat belədir, yaxşılar bu həyatdan vaxtsız köçür. Uşaqlığım, gəncliyim, mənə rəqs dilini, rəqsin nə olduğunu öyrədən, əsl müəllimə adını daşıyan özəl varlıq. Bu həyatdakı ən böyük itkilərimdən oldu. Mənə həyat dərsini öyrədən insan, qazandığım çörəyi, məşhurluğu borclu idim sizə. Çox sarsıldım".

Qeyd edək ki, Aliyə Ramazanova 1982-ci ildə Azərbaycan SSR əməkdar artisti adına layiq görülüb. O, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti idi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026