• Bakı 14° C

    2.36 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

Ancelina Coli türk dünyasını belə sevindirdi - FOTOLAR 

MƏDƏNİYYƏT

02 Oktyabr 2023 | 10:36

Ancelina Coli türk dünyasını belə sevindirdi - FOTOLAR 

Dünya ulduzu Ancelina Colinin yeni filmi-"Maria" ilə bağlı maraqlı xəbərlər gündəmə gəlib. 

Bakıvaxtı.az türk mətbuatına istinadla xəbər verir ki, rejissor Pablo Larrain yunan əsilli amerikalı soprano Mariya Kallasın həyatını işıqlandırmaq üçün film çəkmək qərarını verib. 

Diqqət çəkən məqam da odur ki, baş rolları Ancelina Coli və türkiyəli aktyor Haluk Bilginer canlandıracaq. Belə ki, Ancelina Maria obrazına, Haluk isə yunanistanlı gəmi sahibi və iş adamı Aristotel Onassis obrazlarına həyat verəcəklər. 

Filmin oktyabr ayında Budapeştdə çəkilişlərinə başlaması planlaşdırılıb.

Filmin ssenarisini Stiven Nayt yazıb. “Mariya” məşhur sopranonun 1970-ci illərdə Parisdəki tənhalığının son günlərindən bəhs edəcək. Nyu Yorkda yaşayan yunan mühacir Kallas dövrünün ən məşhur sopranolarından biri olub və Aristotel Onassisin uzun müddət məşuqəsi olub. Ceki Kennedinin ikinci əri Onassis onu tərk edərək onunla evləndikdən sonra Kallas əvvəlcə İtaliyaya, sonra isə Fransaya köçür. Xəyanətdən tam özünə gələ bilməyən Kallas 1977-ci ildə, 52 yaşında infarktdan vəfat edir. 

Qeyd edək ki, Haluk Bilginer "Baba" və "Sıcak Kafa" seriallarında obrazları ilə adından söz etdirib. 

Xəyalə Rza


SON XƏBƏRLƏR