• Bakı 19° C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Türkiyəli fenomenin bacısı SAXLANILDI

MƏDƏNİYYƏT

30 Sentyabr 2023 | 23:37

Türkiyəli fenomenin bacısı SAXLANILDI

Türkiyəli fenomen Dilan Polatın böyük bacısı Sıla Doğu canlı yayımda verdiyi ifadələrdən sonra saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, əməliyyat zamanı Dilan Polatın böyük bacısı Sıla Doğu nəzarətə götürülüb. 

Dilan Polatın böyük bacısı Sıla Doğu canlı yayımda kokaindən istifadə etdiyini etiraf etdiyi üçün İstanbulda saxlanılıb.

Çirkli pulların yuyulması iddiası ilə gündəmə gələn Dilan Polatın ardınca bacısı Sıla Doğu canlı yayımda kokaindən istifadə etdiyini etiraf edərək söyüş və təhqirlər yağdırdığı videosu ilə sosial mediada gümdəmə çevrilmişdi.

'Kokain' istifadə etdiyini etiraf edən Sıla Doğu İstanbulda polis tərəfindən saxlanılıb. Əməliyyat zamanı 21 ədəd narkotik və stimullaşdırıcı xanaks sintetik həb, 3 ədəd narkotik və stimullaşdırıcı ekstazi həbləri, 1 qram narkotik və stimullaşdırıcı kokain aşkar edilərək götürülüb.

 


SON XƏBƏRLƏR

08 May 2025