Türkiyənin televiziya prodüseri və aparıcısı, "Acun Medya"nın və Exxen platformasının yaradıcısı və sahibi Acun Ilıcalı açıqlaması ilə gündəm yaradıb.
Bakıvaxrı.az Türliyə mətbuatlına istinadla xəbər verir ki, bu dəfə o, avtomobil və motosikletlərinin sayının çoxluğu ilə sosial mediada müzakirə olunur.
Sürət həvəsi ilə tanınan adlar sırasında olan Acun Ilıcalı qatıldığı YouTube proqramında nə qədər avtomobil və motosikleti olduğunu açıqlayıb.
“Mənim çox maşınım yoxdur, 3-4. 12-13 motosikletim var. Dünyanın hər yerində daşıya bilmədiyim motosikletlər var. Nə etməliyəm, motosikletlə getməliyəm? “Dominikada 4, Mayamidə 2, Çeşmədə 3, İstanbulda 4 motosikletim var”, - deyə Acun Ilıcalı qeyd edib. Ilıcalının bu açıqlamaları qısa zamanda sosial mediada trend olub. Bəzi sosial media istifadəçiləri “Lüksə bax” və “Həyat nə gözəldir” kimi şərhlər edib.
Nərgiz Məmmədli
















