Yeni mövsümdə "Yalı Çapkını" serialına çəkilən və "Talih" obrazını canlandıran Cemre Gümeli serialın heyətindən ayrılıb.
Bakıvaxtı.az bu barədə Türkiyə mətbuatına istinadla xəbər verir.
Qeyd edək ki, “Talih” obrazı Mert Ramazan Dəmirin canlandırdığı “Ferit”in fizioterapevti olub.
“Son bir neçə gündür beyninizdə yaranan sual işarələrini aydınlaşdırmaq üçün vəziyyəti sizə izah etməyə ehtiyac hiss etdim. Gördüyümüz iş bir çox dəyişənlərdən asılı olduğundan, təəssüf ki, hər şey həmişə planlaşdırdığımız və istədiyimiz kimi getməyə bilər. Bu dəfə digər həmkarlarımın da zaman-zaman yaşadığı bu vəziyyətlə qarşılaşdım. Mövsümün əvvəlində böyük həyəcan və həvəslə qatıldığım “Yalı Çapkını” filminin heyətindən ayrıldım. Birlikdə işlədiyimiz xoş proses üçün əziz filmin komandasına, qısa müddət ərzində də olsa, məni izlədikləri və şərhlərini buraxdıqları üçün izləyicilərimizə təşəkkür edirəm”, - deyə Cemre Gümeli İnstaqram hesabından açıqlama verib.
Nərgiz Məmmədli
















