• Bakı 27° C

    15.23 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Ölüm xəbəri yayılan Arzu Rzayev AÇIQLAMA VERDİ

MƏDƏNİYYƏT-ŞOU

29 Noyabr 2023 | 11:35

Ölüm xəbəri yayılan Arzu Rzayev AÇIQLAMA VERDİ

“Mən salamatam, hər şey qaydasındadır”.

Bu sözləri bir neçə saat öncə ölüm xəbəri yayılan müğənni Arzu Rzayev Bakıvaxtı.az-a açıqlamasında deyib.

O, haqqında yayılan yanlış xəbərlərə görə ailəsinin narahat olduğunu vurğulayıb: “Yoldaşım yanımdadır, o bilir. Amma övladlarım başqa yerdə idilər, narahat oldular. Səhərdən zəng edirlər”.

A.Rzayev media əməkdaşlarını diqqətli olmağa dəvət edir: “Gərək jurnalistlər diqqətli olsunlar. Belə olmaz. Onlar işlərini yaxşı görsələr, dünyada problem qalmaz. Başqa adamın yerinə mənim şəklimi yayımlayırlar”.

Qeyd edək ki, "Qarabağ bülbülləri" ansamblının bədii rəhbəri Murad Rzayevin oğlu Arzu Rzayev bir neçə gün öncə vəfat edib. Bəzi media qurumları isə anlaşılmazlıq səbəbindən onun yerinə müğənni Arzu Rzayevin fotolarını yayımlayıblar. 

Ziyafət Əlisoy


SON XƏBƏRLƏR

26 Iyul 2024