“Mən nə etmişəmsə, özüm etmişəm”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Mənzurə Musayeva “Tarixin bir günü” verilişində deyib.
İfaçı son zamanlar ən çox müzakirə olunan mövzulardan birinə də toxunub.
O, müğənnilərə fanatları tərəfindən verilən bahalı hədiyyələrdən söz salıb: “Mənə heç kim heç nə bağışlamayıb. Şəxsən mən öz cibimdən 100 000 dollar verib, kredit yox ha, nəğd puluma “Lexus” almışam. Kim nə yolla alıbsa, özü bilər. Amma mən hər şeyi özüm etmişəm”.
Ziyafət Əlisoy