"Hər adamın həyatında olur durğunluqlar. Bezirsən"
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Vasif Əzimov iştirak etdiyi verilişlərin birində səsləndirib.
Onun sözlərinə görə, peşəsi onu çox yorur.
"Arada oturub fikirləşirəm. Oxumaqdan çox yoruluram. Ancaq sonra toparlanıram, qayıdıram. Özümdə güc toplayıram. Çünki, eyni işi çox görəndə bəzən adam bezir",-deyə V.Əzimov qeyd edib.
Xəyalə Rza















