Qonaq olduğu verilişlərin birində Vüqar Muradov evlənməyindən söz açıb.
Bakıvaxtı.az xəbər verir ki, müğənniyə niyə evlənməməsi ilə bağlı suallar ünvanlanıb.
Ondan necə biri ilə evlənmək istədiyini soruşanda "insan olsun",- deyə cavab verib.
Lakin, yaşının çox olduğunu və heç bir cavan qızın onunla evlənmək istəmədiyini desələr də müğənninin cavabı hər kəsi mat qoydu.
"İnsan özünə evlənmək yaşında limit qoymamalıdır. Hələ ortada namizəd də yoxdur. Nə zaman olsa onda evlənəcəm. Siz verməzsiniz amma verənlər var. 20 yaş aşağı da olsa evlənəcəm",- deyə müğənni qeyd edib.
Xəyalə Rza
















