"Mən həmişə demişəm. Bundan sonra evlənəcəyimi düşünmürəm".
Bakıvaxtı.az xəbər verir ki, bunu "Xəbər ətər" verilişinin qonağı olan müğənni Nəfəs deyib.
Müğənni verilişdə evlənməkdən danışıb. Qeyd edib ki, bəlkə yaşlananda ola bilər:
"Bax, məsələn, biri çıxdı dedi evlənmək istəyirəm. Mən aşiq olsam belə, evlənə bilmərəm. Çünki başqa səbəblərim var qarşımda. Mən Vəfa Şərifova kimi subay, cavan qız olsaydım evlənərdim. İndi onun gözəl ailəsi var. Ancaq mənim artıq övladlarım var, hara evlənim?",- deyə qeyd edib.
"Yaxşı olsaydı, birinci həyat yoldaşımdan ayrılmazdım", - deyə Nəfəs əlavə edib.
Qeyd edək ki, müğənninin birinci evliliyindən iki oğlu var.
Xəyalə Rza





jpg-1686403401.webp)










