• Bakı 12° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"3-4 ildən sonra taksi sürücüsü işləyirlər" - Vidadi Həsənov

MƏDƏNİYYƏT

12 Aprel 2023 | 17:00

"3-4 ildən sonra taksi sürücüsü işləyirlər" - Vidadi Həsənov

Xalq artisti Vidadi Həsənov özəl teatrların yaradılmasını təklif edib. 

Bakıvaxtı.az xəbər verir ki, o, bu haqda "Azərbaycan teatrı – 150: inkişaf perspektivləri" mövzusunda keçirilən Teatr Forumunda danışıb. V.Həsənov bildirib ki, aktyorluq fakültəsini bitirənlər iş tapmaqda çətinlik çəkirlər:

"Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirən istedadlı tələbələrin bir hissəsi 3-4 ildən sonra taksi fəaliyyəti ilə məşğul olurlar. Bunun üçün özəl teatrlar olmalıdır. Qərarlarda, qanunlarda dəyişikliklər lazımdır. Teatrların formatı dəyişdirilməlidir. Rəqabət olmayan yerdə inkişaf da olmaz. Buna görə də yeni teatrlara ehtiyac var. Eyni zamanda bina problemi var. 17 müstəqil teatr var, yalnız ikisinin binası var. Nazirlikdən xahiş edirik ki, bizə divarları aşmaq üçün imkan yaratsınlar".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026