Hindistanda Bihu festivalında 11 mindən çox rəqqas "Ən yaxşı izdihamlı Bihu rəqsi"ni ifa etmək üçün stadiona toplaşıb.
Bakıvaxtı.az xəbər verir ki, Hindistanda milli paltarlarını geyinən minlərlə insan stadionu doldurub. Bihu Festivalı rəngli anlara səhnə olub.
Ölkənin şimal-şərqində yerləşən Assam əyalətindəki stadiona toplaşan insanların məqsədi ən izdihamlı Bihu rəqsini ifa edərək Ginnesin Rekordlar Kitabına düşmək olub.
Qeyd edək ki, Bihu rəqsinin mənşəyi 1600-cü illərə gedib çıxır. Bihu Festivalında nümayiş etdirilən rəqs Assam əyalətinin ən mühüm mədəni irslərindən biridir.
Ay Tac




















