• Bakı 13° C

    5.69 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Afaq Gəncəli hansı xəstəlikdən əziyyət çəkir? 

MƏDƏNİYYƏT

15 Mart 2023 | 15:14

Afaq Gəncəli hansı xəstəlikdən əziyyət çəkir?

Səhhəti ilə bağlı efirdən uzaqlaşan aparıcı Afaq Gəncəlinin xəstəliyi bəlli olub.

Bakıvaxtı.az xəbər verir ki, onun zobdan (Qalxanabənzər vəzinin həcminin böyüməsi - red.) əziyyət çəkdiyi öyrənilib.

Bu barədə “Səhərin səsi” verilişinin aparıcısı Samir Bayramlı proqramda deyib.

“Afaqla danışmışam. Zob xəstəliyindən əməliyyat keçirib. Bir ay ona çox danışmaq olmaz. Sentyabrdan yenə də işlərinin başına qayıdacaq”, - deyə Samir qeyd edib.

Xatırladaq ki, bir müddət öncə A.Gəncəli açıqlama verərək səhhəti ilə bağlı “Səhər mərkəzi” verilişindən uzaqlaşdığını söyləmişdi. Onun yerinə isə efirə layihənin redaktoru Aysel Novruzova gəlib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026