• Bakı 18° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Avarçəkmə üzrə açıq Bakı çempionatı keçiriləcək

İDMAN

20 Avqust 2024 | 19:41 | Müəllif: Subhan Mahmudov

Avarçəkmə üzrə açıq Bakı çempionatı keçiriləcək

Avqustun 22-də Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı əsasında avarçəkmə üzrə açıq Bakı çempionatı keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, Bakı bulvarında, AKAF-ın binasının qarşısında təşkil olunacaq turnirdə paytaxtla yanaşı Mingəçevirdən olan yeniyetmə və gənc idmançılar müxtəlif yaş kateqoriyalarında yarışacaq.

İdmançılar kayak və kanoe növlərində 200, 500 metr məsafədə bir və iki nəfərlik qayıqlarda, akademik növdə isə 500 metr məsafədə yalnız bir nəfərlik qayıqda mübarizə aparacaq. Saat 11-dən etibarən start götürəcək Bakı çempionatı bir gün davam edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR