• Bakı 21° C

    4.36 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

“Avronyus” müxbiri Laçın postunda: erməniləri məyus etdi

DÜNYA

23 Iyul 2023 | 13:16 | Müəllif: Subhan Mahmudov

“Avronyus” müxbiri Laçın postunda: erməniləri məyus etdi

Ötən gün “Avronyus” (Euronews) jurnalisti Anelise Borxes Laçın sərhəd-keçid məntəqəsini də ziyarət edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə jurnalist öz sosial şəbəkə hesabında status paylaşıb.

“Laçın dəhlizi. 22 iyul. İndi buradan Qırmızı Xaç Komitəsinin maşınları keçir. Bu, Ermənistan-Azərbaycan münaqişəsinin ən mübahisəli hissəsidir.

Ermənilər deyirlər ki, Azərbaycan onları mühasirədə saxlayır, baxmayaraq ki, azərbaycanlılar sadəcə olaraq sərhədlərinə nəzarət edir, humanitar yardımın keçməsinə icazə verirlər”, - o bildirib.

Qeyd edək ki, erməni mediası ya onun statusunu tam verməyib, ya da Borxesin “çox güman ki, Şuşada keçirilən qlobal forumun iştirakçılarından biridir” deyə, mövqeyini nəyəsə bağlamağa çalışıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Oktyabr 2026