• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Ankarada FETÖ-yə qarşı ƏMƏLİYYAT: 20 nəfər saxlanılıb

DÜNYA

22 Avqust 2023 | 12:36 | Müəllif: Subhan Mahmudov

Ankarada FETÖ-yə qarşı ƏMƏLİYYAT: 20 nəfər saxlanılıb

Türkiyənin hüquq-mühafizə orqanları paytaxt Ankaranın 4 rayonunda Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı əməliyyat keçirib.

Bakıvaxtı.az  bildirir ki, nəticədə 20 şübhəli saxlanılıb.

Qeyd edək ki, son günlər Türkiyədə FETÖ-yə qarşı əməliyyatlar intensivləşdirilib.

1990-cı illərin sonundan ABŞ-də məskunlaşan "din xadimi" Fətullah Gülənin rəhbərliyi ilə yaradılmış bu gizli və transmilli terror təşkilatı təhsil və ictimai hərəkat pərdəsi altında dünyanın onlarla ölkəsində məktəblərə, iş yerlərinə, mediaya, dövlət və hökumət institutlarına, hüquq-mühafizə orqanlarına, məhkəmə və ədliyyə sistemlərinə, hərbi qurumlara, bank və maliyyə sektoruna sıza bilib.

FETÖ 2016-cı il iyulun 15-də dövlət çevrilişinə cəhd edib. Hadisə nəticəsində 180-i mülki şəxs olmaqla, 250-dək Türkiyə vətəndaşı qətlə yetirilib. Bir çox ölkələr FETÖ-nü terror təşkilatı kimi tanıyır.

Azərbaycan və Türkiyə FETÖ-yə qarşı birgə mübarizə aparır./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026