Tibb dünyasında yeni dövr başlayır.
Bakıvaxtı.az-ın xarici mediaya istinadən məlumatına görə, belə ki, Google-un DeepMind şirkəti süni intellektdən istifadə etməklə insan DNT-sində xəstəlik törədən genləri aşkarlaya bilən “AlphaMissense” adlı proqram hazırlayıb.
Ən son super ixtiralardan biri olan süni intellekt artıq tibb aləmində çox mühüm yer tutmağa başlayıb.
"Science" jurnalında dərc edilən araşdırmada "AlphaMissense" insan zülallarına təsir edə bilən 71 milyon tək hərfli mutasiyaların hamısını qiymətləndirmək üçün istifadə edilib.
Proqramın həssaslığını 90% təyin etdikdə səhv mutasiyaların 57%-nin 32%-nin zərərli olduğunu proqnozlaşdırıb. Qalanların təsirinin aydın olmadığı bildirilib.
Bu tapıntılar əsasında alimlər mutasiyaların xəstəliklərə necə səbəb olduğunu və nadir xəstəliklərin diaqnozunu öyrənən genetiklər üçün proqnozların yer aldığı pulsuz onlayn kataloq dərc ediblər. Bu cür mutasiyalar, adətən, zərərsizdir. Lakin zülalların işini poza bilər. Həmçinin, kistik fibroz, oraq hüceyrəli anemiyadan xərçəngə və beyin inkişafı ilə bağlı problemlərə qədər xəstəliklərə səbəb ola bilər.
Bildirilib ki, “AlphaMissense” adlı süni intellekt proqramının proqnozları nadir xəstəliklərin tədqiqini və diaqnozunu sürətləndirməyə kömək edə bilər.
Science jurnalında yazan Dr. Jun Cheng və komandası proqramın xüsusi pozğunluqlarla əlaqəli olmayan mutasiyaları da müəyyən edə biləcəyini və həkimləri daha yaxşı müalicələrə istiqamətləndirə biləcəyini söyləyib.
Ay Tac















