Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) oktyabrın 7-dən bəri Qəzzada 16 jurnalistin öldüyünü açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, açıqlamada "Həmas ilə İsrail arasında Qəzzada davam edən qarşıdurmalarda indiyədək 16 jurnalistin öldürüldüyü, çoxlu sayda jurnalistin yaralandığı və itkin düşdüyü" bildirilib
Həyatını itirən jurnalistlər Məhəmməd Əli, Halil Əbu Əzirə, Semih ən-Nadi, İsam Behar, Məhəmməd Beluşe, Əbdülhadi Həbib, Husam Mübarək, Əhməd Şihab, Məhəmməd Fayiz Yusuf Əbu Matar, Səid əl-Tavil, Məhəmməd Sübh, Hişam, Əsəd Şamleh, Muhammed es-Salihi, İbrahim Lafi və Muhammed Cerundur.
Açıqlamada 1 jurnalist və fotomüxbirdən də xəbər ala bilmədikləri qeyd edilib.
IFJ, həmçinin bu sahədə çalışan jurnalistləri “lazımi tədbir görməyə, təhlükəsizlik ləvazimatları geyinməyə və çalışdıqları media qurumları onlara bu avadanlıqları verənə qədər sahəyə getməməyə” çağırıb.
Xatırladaq ki, əvvəlki açıqlamalarda İsrailin hücumlarında 13 jurnalistin öldüyü bildirilmişdi.
Ay Tac
















