İndoneziyanın Şərqi Yava əyalətində qatarın mikroavtobusla toqquşması nəticəsində azı 11 nəfər ölüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Sinxua məlumat yayıb.
Məlumata görə, daha üç nəfər yaralanıb.
Qəza yerli vaxtla saat 19:53-də mikroavtobus nizamlanmayan dəmir yolu keçidində relsləri keçərkən baş verib.
Faktla bağlı araşdırma aparılır.
















