• Bakı 20° C

    2.05 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Ərdoğan Küveyt əmiri ilə müzakirə apardı

DÜNYA

19 Dekabr 2023 | 23:05 | Müəllif: Subhan Mahmudov

Ərdoğan Küveyt əmiri ilə müzakirə apardı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Küveyt əmiri şeyx Meşal əl-Əhməd əl-Cabər əs-Sabah arasında telefon danışığı baş tutub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Ərdoğan Küveyt əmiri Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabahın vəfatı ilə əlaqədar qarşı tərəfə başsağlığı verib.

Söhbət zamanı Türkiyə ilə Küveyt əlaqələri, qlobal və regional məsələlər müzakirə edilib. Ərdoğan Şeyx Meşala yeni vəzifəsində uğurlar diləyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026