• Bakı 11° C

    7.48 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Rusiyada 17 yaşlı azərbaycanlı həbs edildi

DÜNYA

18 Yanvar 2024 | 21:58 | Müəllif: Subhan Mahmudov

Rusiyada 17 yaşlı azərbaycanlı həbs edildi

Rusiyanın Belqorod məhkəməsi banda üzvü olan 17 yaşlı azərbaycanlını (adı açıqlanmır) nifrət salmaq və adam öldürməyə cəhd ittihamı ilə iki ay (martın 15-dək) müddətinə həbs edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Belqorod vilayəti üzrə İstintaq Komitəsi məlumat yayıb.

Eyni zamanda, digər iki dəstə üzvü də cümə axşamı nəzarətə götürülüb.

Belə ki, 17 yaşlı azərbaycanlı digər banda üzvləri ilə birgə yoldan keçən, adı açıqlanmayan şəxsə zərbələr endirərək, ona etnik zəmində nifrət salmaq məqsədi daşıyan ifadələr səsləndirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR