• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

“Hizbullah” lideri hədələdi – “Bədəlini qanla ödəyəcəklər”

DÜNYA

17 Fevral 2024 | 19:00 | Müəllif: Subhan Mahmudov

“Hizbullah” lideri hədələdi – “Bədəlini qanla ödəyəcəklər”

"Hizbullah" terror təşkilatının lideri Həsən Nəsrullah İsraildən qisası hərbi mövqeləri vurmaqla yox, qanla alacaqlarını iddia edir.

Bakıvaxtı.az teleqraf.com-a istinadən bildirir ki, o, İsrailin Livanın cənubuna zərbələri nəticəsində mülki vətəndaşların ölümünü "qətliam" adlandırıb.

"Dinc insanların axıdılan qanlarının bədəlini mövqeləri vurulmaqla yox, qanla ödəyəcəklər", - təşkilat lideri deyib.

Nəsrullah "Hizbullah"ın İsraillə döyüşməsi üçün hərbi imkan və resurslara malik olduğunu iddia edib.

"Müqavimət Kiryat Şmonadan Eliata (İsrail şəhərləri) qədər olan məsafəni qət edə bilən raket qüvvəsinə malikdir", - Nəsrullah vurğulayıb.

Yanvarın 14-də İsrail ordusunun Livanın cənubundakı Nəbatiyyə və Savana şəhərlərinə hava zərbələri nəticəsində 10 mülki şəxs həlak olub, 20 nəfər yaralanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR