• Bakı 17° C

    3.44 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

İsveçdə "NATO-ya yox" şüarı ilə NATO bayrağı qaldırılıb

DÜNYA

18 Mart 2024 | 16:53

İsveçdə NATO-ya yox şüarı ilə NATO bayrağı qaldırılıb

İsveçdə “NATO-ya yox” şüarı altında NATO bayrağı qaldırılıb.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Mərasim ölkənin paytaxtı Stokholmda, parlament binasının yaxınlığında keçirilib.

Tədbirdə İsveç kralı XVI Karl Qustaf, baş nazir Ulf Kristersson və parlamentin sədri Andreas Norlen də daxil olmaqla bir çox rəsmi şəxslər iştirak ediblər.

Kralın çıxışından sonra izdiham “NATO-ya yox” şüarları səsləndirməyə başlayıb.

Alyansın bayrağının qaldırılması və dövlət himninin səsləndirilməsi zamanı, eləcə də baş nazirin və parlament sədrinin çıxışları ilə paralel olaraq qışqırıqların eşidildiyi bildirilir.

Qeyd edək ki, İsveç martın 7-də rəsmi olaraq NATO-ya üzv olub.

Mina Mikayılova


SON XƏBƏRLƏR