• Bakı 20° C

    3.75 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Makronun xanımının həyatından serial çəkilir

DÜNYA

17 Aprel 2024 | 15:31

Makronun xanımının həyatından serial çəkilir

Fransanın birinci xanımı Bricit Makronun həyatı yeni serialın mövzusu olacaq.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, “Bricit, azad qadın” adlı 6 hissədən ibarət serial Emmanuel Makronun həyat yoldaşının həyatından bəhs edəcək.

Serialın ssenaristlərindən biri bildirib ki, film cütlüyün ilk görüşü ilə başlayacaq. Bricit Makron hazırkı əri ilə ilk dəfə orta məktəbdə müəllim işləyərkən tanış olub.

Cütlük 2007-ci ildə, Makronun 29, Bridgetin 54 yaşı olanda evlənib.

Bricit bir müddət müəllimlik fəaliyyətini davam etdirib, lakin 2015-ci ildə əri siyasətə gələndə işdən ayrılıb. Emmanuel Makron 2017-ci ildə prezident seçilib.

Fransa mətbuatı Briciti prezidentin həmişə fikrini soruşduğuı nadir insanlardan biri kimi təsvir edir.

Gaumont bildirib ki, yeni serialın ssenarisini fransız yazıçıları Benedikt Şarl və Olivye Puponneau yazacaq.

Serialın aktyor heyəti hələ açıqlanmayıb.


SON XƏBƏRLƏR

29 Aprel 2024