• Bakı 20° C

    3.75 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Danimarkadan Ukraynaya 313 milyon dollarlıq yardım

DÜNYA

17 Aprel 2024 | 14:49

Danimarkadan Ukraynaya 313 milyon dollarlıq yardım

Danimarka hökuməti Ukraynaya 313 milyon dollarlıq yardım paketi barədə razılığa gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Danimarka Müdafiə Nazirliyinin rəsmi saytında məlumat verilib.

Bildirilib ki, ayrılan vəsaitdən təxminən 200 milyon kron (28,5 milyon dollar) Ukrayna hərbi-sənaye kompleksinin inkişafına yönəldiləcək. Məbləğin qalan hissəsi pilotsuz təyyarələrin, döyüş sursatlarının, raket komponentlərinin alınmasına və istehsalına, həmçinin Ukrayna Hərbi Dəniz Qüvvələrinin yenidən silahlanmasına sərf olunacaq.

Qeyd olunur ki, beş il ərzində Kopenhagen Kiyevə 41,4 milyard kron (5,9 milyard dollar) ayırmaq niyyətindədir ki, bunun da 3,29 milyard dolları Ukrayna Fondunun ehtiyatlarına daxil olacaq.

Mina Mikayılova


SON XƏBƏRLƏR

29 Aprel 2024