• Bakı 17° C

    3.44 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Hansı qonşu dövlətlər Putini təbrik etdi?

DÜNYA

18 Mart 2024 | 16:43

Hansı qonşu dövlətlər Putini təbrik etdi?

Kreml qonşu dövlətlərin liderlərindən hansının Rusiya prezidenti Vladimir Putini seçkilərdəki qələbəsi münasibətilə təbrik etdiyini açıqlayıb.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, Putinə Azərbaycan prezidenti İlham Əliyev, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan prezidenti Sadır Japarov, Tacikistan prezidenti Emomali Rahmon və Özbəkistan prezidenti Şavkat Mirziyoyev zəng edib.

“Liderlər Vladimir Putini prezident seçkilərində inamlı qələbəsi münasibətilə səmimi qəlbdən təbrik ediblər”, - məlumatda deyilir.

Qeyd olunur ki, Putinlə söhbətlərdə tərəflər ikitərəfli münasibətlərə və beynəlxalq gündəmə də toxunublar.

Martın 18-də günortadan sonra məlum olub ki, Vladimir Putin protokolların 99,94%-ni işlədikdən sonra Rusiya prezident seçkilərində 87,3% səslə liderdir. Bu barədə MSK-nın məlumatında deyilir.

Prezidentin mətbuat katibi Dmitri Peskov Rusiya Federasiyasında keçirilən prezident seçkilərinin nəticələrinin tanınmaması çağırışlarını “absurd” adlandırıb.

O, həmçinin bildirib ki, Kreml ABŞ hakimiyyətinin Rusiyada keçiriləcək prezident seçkilərini ədalətsiz və azad elan edəcəyini gözləyirdi.

Mina Mikayılova


SON XƏBƏRLƏR