• Bakı 26° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Navalnının meyiti yoxa çıxdı

DÜNYA

17 Fevral 2024 | 17:40

Navalnının meyiti yoxa çıxdı

Aleksey Navalnının vəkili və anası Salekhard meyitxanasına buraxılmayıb. Onlara bildirilib ki, siyasətçinin meyiti burada deyil. Halbuki, Rusiya Federal Penitensiar Xidməti meyitin orada olduğunu bildirmişdi.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə rus teleqram kanalları vəkilə istinadən məlumat yayıb.   

"Koloniyanın işlədiyinə və Navalnının meyitinin orada olduğuna dair verilən zəmanətlərə baxmayaraq, o, meyitxana vəkil üçün bağlıdır. Vəkil qapıda göstərilən telefon nömrəsinə zəng edib. Ona dedilər ki, bu gün zəng edən yeddinci şəxsdir. Onların meyitxanasında Alekseyin cəsədi yoxdur”, - məlumatda deyilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026