• Bakı 14° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

 Borrell Rusiyadakı seçkilərdən danışdı 

DÜNYA

18 Mart 2024 | 15:20

Borrell Rusiyadakı seçkilərdən danışdı

Aİ diplomatiyasının rəhbəri Cozep Borrell Rusiya Federasiyadakı prezident seçkilərinin məhdud siyasi şəraitdə keçirildiyini bildirib. 

Bakıvaxtı.az RİA  Novosti-yə istinadən xəbər verir ki, Borrellin fikrincə, seçkilər siyasi məkanın daraldığı bir şəraitdə keçirilib: 

“Bu, rusiyalı seçiciləri real seçimdən məhrum etdi və onların etibarlı məlumatlara çıxışını əhəmiyyətli dərəcədə məhdudlaşdırdı”.

Eyni zamanda, Aİ Krım , Sevastopol və Rusiya Federasiyasının dörd yeni regionunda keçirilən seçkilərin nəticələrini tanımadığını vurğulayıb.

Qeyd edək ki, martın 15-dən 17-dək Rusiyada prezident seçkilərində səsvermə keçirilib. Səslərin 99,74 faizi hesablandıqdan sonra Putin 87,29, Xaritonov 4,30, Davankov 3,84 , Slutski 3,21 faiz səs toplayıb.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026