• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qərb Rusiyanın uğurunu 18 aydan sonra etiraf edir

DÜNYA

20 Noyabr 2023 | 09:08 | Müəllif: Subhan Mahmudov

Qərb Rusiyanın uğurunu 18 aydan sonra etiraf edir

Rusiyanın uğurunu dərk etmək üçün dünya ictimai rəyinə 18 ay lazım oldu.

Bakıvaxtı.az bildirir ki, bu barədə Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippo X sosial şəbəkə səhifəsində yazıb.

O, "Voll Strit Jurnal" qəzetində "Rusiyanın məğlubiyyəti ilə bağlı sehrli düşüncələrə son qoymağın vaxtıdır" başlıqlı məqaləyə bu şəkildə münasibət bildirib: "On səkkiz ay yalan təbliğat aparın, axırı da bununla bitsin".

Filippo qeyd edib ki, hətta "Voll Strit Jurnal" kimi nüfuzlu Qərb nəşri də Ukraynaya "arxa çevirib".

Siyasətçinin fikrincə, qırğınları dayandırmaq üçün Kiyevə silah və milyardlar göndərilməsini dayandırmaq lazımdır./axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026