• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiyanın “bağışlanan” Balasanyanla bağlı planı

DÜNYA

21 Oktyabr 2023 | 09:42 | Müəllif: Subhan Mahmudov

Rusiyanın “bağışlanan” Balasanyanla bağlı planı

Qarabağdan qaçan separatçı Vitali Balasanyan İrəvana gəldikdən sonra şahid qismində dindirilmək üçün Ermənistan Milli Təhlükəsizlik Xidmətinə dəvət olunmuşdu. Onun barəsində qondarma rejimdə başlanmış cinayət işinə xitam verildiyi, oğluna qarşı da işin bağlandığı bildirilib. Qohumları deyir ki, Vitali Balasanyan onlarla əlaqə saxlamır, telefon zənglərinə belə cavab vermir.

Bakıvaxtı.az xəbər verir ki, Balasanyanın "bağışlanma"sının pərdəarxası məqamları açılır.

Məlumata görə, Balasanyan ötən gün Rusiyanın Ermənistandakı səfirliyində olub. Onu səfirlikdən çıxarkən görüblər. Balasanyan boz rəngli "Nissan" markalı avtomobilə əyləşərək gedib.

Görünür, "bağışlanma" prosesini burada axtarmaq lazımdır. Balasanyan bunun müqabilində Rusiyaya işləməli olacaq. Rusiya ondan Azərbaycana qarşı təzyiq vasitəsi kimi yararlana bilər./publika.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026