• Bakı 11° C

    5.7 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

İran Ermənistanı “3+3” formatında danışıqlara dəvət edib

DÜNYA

21 Oktyabr 2023 | 09:26 | Müəllif: Subhan Mahmudov

İran Ermənistanı “3+3” formatında danışıqlara dəvət edib

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İran tərəfindən “3+3” formatında danışıqlarda iştirak etmək üçün dəvət alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan jurnalistlərə bildirib.

Onun sözlərinə görə, görüşün Tehranda keçirilməsi planlaşdırılır. 

“Hazırda iranlı tərəfdaşlarla görüşün təfərrüatları dəqiqləşdirilir. Yekun qərar qəbul edildikdən sonra bu barədə məlumat veriləcək”, - Kostanyan bildirib.

Bundan əvvəl Azərbaycan mətbuatı diplomatik mənbəyə istinadən Ermənistan, Azərbaycan, Gürcüstan, Türkiyə, Rusiya və İran xarici işlər nazirlərinin “3+3” formatında görüşünün keçirilə biləcəyi barədə məlumat yayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026