Sentyabrın 21-də səhər saatlarında Rusiya ordusu Ukraynanın şəhərlərinə kütləvi raket hücumu həyata keçirib.
Bakıvaxtı.az UNİAN-a istinadla xəbər verir ki, hücum nəticəsində bir çox yaşayış məntəqələrində partlayışlar baş verib, hava hücumundan müdafiə aktiv olub.
Raket hücumu əsasən Çerkassıya, Xarkova, Rivneyə, Lvova olub. Məlumata görə, hadisə nəticəsində ölənlər və yaralananlar var. Xeyli sayda obyektə zərər dəyib.
Bəzi ərazilərdə baş verən yanğının söndürülməsi hılə də davam edir.
Murad Məmmədli


















