• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

General Afzalov komandan təyin edildi

DÜNYA

21 Oktyabr 2023 | 00:50 | Müəllif: Subhan Mahmudov

General Afzalov komandan təyin edildi

General-polkovnik Viktor Afzalov Rusiya Federasiyasının Aerokosmik Qüvvələrinin baş komandanı təyin edilib.

Bakıvaxtı.az xəbər verir ki, Afzalov iyulun 23-dən etibarən general Sergey Surovikinin istefasından sonra Aerokosmik Qüvvələrin baş komandanı vəzifəsini icra edirdi.

Viktor Afzalov 1989-cu ildə Puşkin adına Hava Hücumundan Müdafiə Radioelektronika Ali Hərbi Məktəbini, 2000-ci ildə Hərbi Hava Hücumundan Müdafiə Universitetini, 2010-cu ildə isə Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirib. O, hərbi karyerası ərzində Hava Hücumundan Müdafiə Korpusunun zenit-raket bölmələri qrupunun döyüş idarəetməsi şöbəsinin ekipaj rəisindən tutmuş qərargah rəisi - Hərbi Hava Qüvvələri komandirinin birinci müavini vəzifələrində çalışıb. 2017-ci ilin iyul ayında Şərq Hərbi Dairəsinin Hərbi Hava və Hava Hücumundan Müdafiə Ordusunun komandanı təyin edilib. 2022-ci ilin dekabrında general-polkovnik rütbəsi alıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026