ABŞ-ın sabir prezidenti Donald Trampın oğlunun “X” hesabı sındırılıb.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, hakerin göndərdiyi mesajda “Atam vəfat edib, seçkilərdə namizədəm” yazılıb.
Artıq silinmiş bir sıra paylaşımlarda kiçik Donald Tramp atasının öldüyünü iddia edib, prezident Co Baydeni isə irqçi adlandırıb.
10 milyon izləyicisi olan səhifədə paylaşımlar bir saatdan az qalıb. Tramp hesabın sındırıldığını bildirib.
Yazıların birində belə deyilir: "Atam Donald Trampın vəfat etdiyini təəssüflə elan edirəm. 2024-cü ildə prezidentliyə namizəd olacağam".
Trampın sözçüsü Endryu Surabian "Donun hesabı sındırılıb" deyib: "Paylaşılan yazı real deyil" .
Ay Tac















