Türkiyə xarici işləri nazir Hakan Fidan İraqa rəsmi səfər edəcək.
Bakıvaxtı.az xəbər verir ki. bu barədə Türkiyə XİN məlumat yayıb.
Bildirilib ki, avqustun 22-dən 24-dək davam edəcək səfər çərçivəsində H.Fidan Bağdad və Ərbildə yüksək səviyyəli təmaslar keçirəcək.
"İraqla bütün sahələrdə əməkdaşlığı daha da inkişaf etdirmək imkanları müzakirə olunacaq, cari regional və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparılacaq", - deyə məlumatda qeyd olunur.
















