• Bakı 25° C

    12.49 m/s

  • USD - 1.7

    EUR - 2.0014

    RUB - 2.0565

Avropa Komissiyasının sədri Aİ-nin vəziyyəti ilə bağlı çıxış edəcək

DÜNYA

10 Sentyabr 2025 | 11:37

Avropa Komissiyasının sədri Aİ-nin vəziyyəti ilə bağlı çıxış edəcək

Bu gün Avropa Komissiyasının sədri Ursula fon der Leyen Strasburqda Avropa Parlamentinin sessiyasında Avropa İttifaqındakı işlərin vəziyyəti ilə bağlı illik müraciəti ilə çıxış edəcək.

Bakıvaxtı.az "Euronews"a istinadən xəbər verir ki, AK rəhbərinin çıxışının əsas mövzularının Rusiya ilə qarşıdurma, Avropa İttifaqının hərbiləşdirilməsi və Ukraynaya dəstək olacağı gözlənilir.

O, həmçinin yaşıl keçidin davam etdirilməsinin lehinə danışacaq. Bundan başqa, Von der Leyen Vaşinqtonla AB-nin 15% birtərəfli tarifləri ödəməyə razı olduğu ticarət müqaviləsini müdafiə edərək, ABŞ ilə münasibətlərə toxunacaq.

Məlumata görə, Leyen çıxışı zamanı Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi, xüsusən də 19-cu paketin mümkün qədər tez qəbul edilməsi ilə bağlı çağırışlar edəcək.

Gülşən Şərif


SON XƏBƏRLƏR

09 Sentyabr 2025