• Bakı 9° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Avstraliyadan Rusiya-Şimali Koreya xəbərdarlığı: "Dünya üçün risklidir"

DÜNYA

30 Iyul 2024 | 13:00 | Müəllif: Gülşən Şərif

Avstraliyadan Rusiya-Şimali Koreya xəbərdarlığı: "Dünya üçün risklidir"

"Rusiya və Şimali Koreya arasında təhlükəsizlik paktı sabitliyi pozur. Bu, dünya üçün risklidir".

Bakıvaxtı.az "Sozcu"yə istinadən xəbər verir ki, bunu Avstraliyanın xarici işlər naziri Penni Vonq deyib.

Avstraliyanın Cənubi Koreya ilə həmrəy olduğunu vurğulayan Vonqa görə, Şimali Koreyanın sabitliyi pozan hərəkətləri narahatlıq doğurur:

"Şimali Koreyanın Avstraliya, Cənubi Koreya və Yaponiya daxil olmaqla, tərəfdaşlarının təhlükəsizliyini təhdid edən ballistik raket buraxılışlarını qınamağa davam edəcəyik. Rusiyanın sülhə xidmət etməyən, əksinə gərginliyi artıran davranışlar sərgilədiyini görürük. Şimali Koreyadan silah transferinin davam etməsi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasını da narahat edir. Çünki Şuranın qərarları açıq şəkildə pozulur".

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin iyunun 19-da Şimali Koreyaya rəsmi səfər edib və tərəflər arasında hərtərəfli strateji tərəfdaşlıq sazişi imzalanıb. Putin razılaşmada tərəflərdən birinə hücum olacağı təqdirdə qarşı tərəfin hərbi yardım göstərəcəyini vəd etdiyini, lakin o, “müttəfiqlik” sözünü işlətməkdən yayındığını bildirib. Şimali Koreya lideri Kim Çen In razılaşmanı “pakt” kimi qiymətləndirib və münasibətlərin yüksək müttəfiqlik səviyyəsinə çatdığını vurğulayıb.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026