• Bakı 11° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

KTMT: Qərb Cənubi Qafqazda təsirini artırmağa çalışır

DÜNYA

29 Avqust 2024 | 12:43

KTMT: Qərb Cənubi Qafqazda təsirini artırmağa çalışır

Mərkəzi Asiya regionunda və Cənubi Qafqazda vəziyyət gərgin olaraq qalır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Birləşmiş Qərargahının rəisi Andrey Serdyukov brifinqdə deyib.

Onun sözlərinə görə, Cənubi Qafqaz regionunda vəziyyət Qərbin burada öz təsirini artırmaq istəyi və nizamlanmamış ərazi problemlərinə görə mürəkkəbdir: “Mərkəzi Asiya regionunda beynəlxalq terrorizm, ekstremizm, silahların, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz yayılması ilə bağlı risklər və çağırışlar yüksək səviyyədə qalır. Bu da təşkilata üzv dövlətlərdə sabitliyin olmasına əsas təhlükə yaradır”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026