• Bakı 12° C

    10.36 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Hindistandakı yağışlar 28 can aldı

DÜNYA

29 Avqust 2024 | 11:59 | Müəllif: Əli Hüseynov

Hindistandakı yağışlar 28 can aldı

Hindistanda son günlər şiddətlənən yağıntılar tələfatlarla davam edir.

Bakıvaxtı.az bu barədə "İndiapress"ə istinadla xəbər verir.

Bildirilib ki, Hindistanın qərbindəki Qucarat ştatlarında davam edən leysan yağışlar nəticəsində həyatını itirənlərin sayı 28-ə yüksəlib.

Qucarat fəlakət idarəsinin rəsmiləri həmçinin bildiriblər ki, on minlərlə insan yağışlardan zərər çəkib və 17 800 nəfər təhlükəsiz ərazilərə təxliyə edilib.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026